“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano ümid edir ki, “vağlar”ın argentinalı ulduzu Lionel Messi klubla müqaviləsini yeniləyəcək.
Arena.az “Goal” dərgisinə istinadən, 41 yaşlı argentinalı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Biz hamımız ümidvarıq ki, o, özünün müqaviləsinin müddətini uzadacaq. Müvafiq qərar onun və klubun tərəfindən qəbul ediləcək – onlar bunu fərdi qaydada müzakirə edirlər. Vaxtı yetişdikdə və tərəflər razılığa gəldikdə, onlar bu barədə bəyan edəcəklər. Mən də bu şayiələri duymuşam, amma bircə bunu deyə bilərəm: biz hamımız ümidvarıq ki, o, bizimlə qalacaq”, deyə Maskerano ümidlə vurğulayıb.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.