Avstraliyanın şərqindəki bir neçə şəhər onilliklərin ən güclü qarına bürünüb. Minlərlə evin elektrik enerjisi kəsilib.
AzPost bildirir ki, bu barədə Reuters xəbər verir.
Cənubi Uels Dövlət Fövqəladə Xidməti şənbə günü bəzi ərazilərə 50 sm-ə qədər qar yağdığını, digərlərinə isə 10 sm-dən çox yağış yağdığını bildirib.
Avstraliya Yayım Korporasiyasının məlumatına görə, Yeni Cənubi Uelsin şimal-qərbində yerləşən Yeni İngiltərə bölgəsinin bəzi hissələrinə 20 ilin ən güclü qarı yağıb.
Fövqəladə Hallar Xidməti 1455-dən çox hadisəyə cavab verdiyini, 100-dən çox avtomobilin qar altında qaldığını bildirib. Fırtınaların binalara da ziyan vurduğu, bir neçə böyük daşqın xəbərdarlığı edildiyi bildirilir.
ABC-nin məlumatına görə, on minlərlə ev bir gecədə işıqsız qalıb.
Higgins Storm Chasing mənbəyi qarda ilişib qalmış kenquru şəklini yayımlayıb.