RU

Tramp: ABŞ-nin iki nüvə sualtı qayığı təyin olunmuş əraziyə gəlib

BAKI, 4 avqust. TELEQRAF

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki nüvə sualtı qayığı təyin olunmuş əraziyə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirib.

Amerika lideri deyib: “Onlar lazım olan yerdədirlər”.

D.Tramp sualtı qayıqların hazırda Rusiya ərazisinə daha yaxın olduğunu vurğulayıb.

Bundan əvvəl Tramp verdiyi müsahibədə sualtı qayıqların Rusiyaya daha yaxın olacağını bildirsə də, onların yerini dəqiqləşdirməmişdi.

Yada salaq ki, bir müddət öncə Amerika lideri iki nüvə sualtı qayığı “müvafiq ərazilərə” köçürmək qərarını açıqlamışdı. Ağ Ev rəhbəri yerdəyişməni Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin sərt bəyanatlarına cavab vermək zərurəti ilə izah edib.

Избранный
67
35
teleqraf.com

10Источники