RU

Bu, hüquqi öhdəlikdir: Terrorizmə xidmət edən heykəllər sökülməlidir! - ANALİZ

Rusiya mediası və Xarici işlər nazirliyi erməni mənşəli rəssam İvan Ayvozovskiyə Xankəndidə qoyulan heykəlin sökülməsini bəhanə edib Azərbaycana qarşı qərəzli hücumlar təşkil etdilər. Azərbaycanın həm rəsmi dövlət agentliyi-AzərTac, həm də Xarici İşlər Nazirliyi Moskvanın cəfəng iddialarına tutarlı cavablar verdilər.Rusiya propoqandistlərinin bu heykəldə “mədəniyyət izi” axtarması həqiqətən də gülüncdür.

Əvvəla, heykəl 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanata əsasən Qarabağda yerləşmiş və artıq bölgəni tərk etmiş Rusiyanın “Sülhməramlı Kontingenti” tərəfindən inşa edilmişdi. Həmin hərbi hissənin belə bir səlahiyyəti yox idi, üstəlik rəsmi Bakıdan icazə almadan etnik mənşəyindən və yaradıcılığından asılı olmayaraq kiməsə Azərbaycan ərazisində abidə quraşdırmaq mədəniyyətsizlik, tərbiyəsizlik, harınlıq idi.

Digər tərəfdən, heykəli qoyulan İvan Ayvazovskinin nə bioqrafiyasında, nə də yaradıcılığında Qarabağla bağlı heç bir epizod yoxdur. Onun valideynləri vaxtilə Osmanlı imperiyasından Rusiyaya köçüblər. Əsl adı Hovanes olan Ayvozovskinin yaradcılığında əsas mövzu dəniz mənzərələridir. Hovanes heç zaman Qarabağda olmadığı kimi, Qarabağda dəniz də yoxdur!

Ayvozovski dəfələrlə Osmanlı imperiyasına səfərlər etmiş, İstanbulda sultanın sifarişi ilə bir neçə tablo çəkmişdi. Çəkdiyi tabloların müqabilində Osmanlıdan yaxşı pul almışdı. Üstəlik ona Osmanlının bir neçə medalı da verilmişdi. Ayvozovski həmin medalları bir müddət sonra itinin boynundan asmış və axırda dənizə tullamışdı. O, türklərə nifrət edirdi. Ayvozovskinin Xankəndidə heykəlinin peyda olmasının səbəbi də elə bu idi- onun türklərə nifrəti, Osmanlı imperiyasının medallarını itinin boğazından asması və Rusiya təbəəsi olan erməni kimliyini təmsil etməsi! Lakin bir daha deyirik, həmin şəxsin və daşıdığı kimliyin Qarabağa heç bir aidiyyatı yoxdur.

Əgər Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İvan Ayvazovskini belə ürəkdən sevir, belə yüksək dəyərləndirirsə, onun fotosundan medalyon düzəldib itinin boğazından asa bilər

Sözügedən heykəlin sökülməsindən sonra, təbii olaraq, Xankəndidəki digər abidə də gündəmə gəldi. “Biz və bizim dağlar” heykəli- daha çox “Dədə-nənə” adı ilə tanınan abidə-1967-ci ildə Azərbaycan SSR-nin vəsaiti ilə inşa edilib. Əvvəllər Qarabağın uzunömürlü insanlarına ithaf edildiyi bildirilsə də, illər keçdikcə bu abidə ermənilərin bölgənin tarixini saxtalaşdırması üçün narrativə çevrildi. Ermənilər onu “bu torpaqlarda köklərinin qədim olduğunu sübut edən simvol” kimi təqdim etdilər. Zira, “kökləri qədim” ermənilər Qarabağa Türkmənçay müqaviləsindən sonra gəlib yerləşmiş və Marağadan gəlişlərinin yubileyi münasibəti ilə Ağdərədə başqa bir heykəl də ucaltmışdılar.
Sözügedən “Dədə-nənə” heykəli uzun illər boyunca erməni terrorizminin və işğalçılıq siyasətinin əsas ideoloji simvolu oldu. Qarabağdakı separatçı rejim tərəfindən qondarma “DQR”-in gerbində ondan rəmz kimi istifadə etdilər. 2009-cu ildə Avroviziya Mahnı Müsabiqəsində Ermənistan öz işğalçılıq siyasətinə bu abidəni daha bir dəfə alət etdi. Heykəlin görüntülərindən Azərbaycana qarşı işğalçılıq siyasətinə ideoloji əsas yaratmaq üçün sui-istifadə olundu.

Beləliklə, Azərbaycan əraziləri işğal altında olduğu müddətdə bu heykəl:

  • Ermənistanın işğalçı təcavüzünün və separatizm siyasətinin vizual nişanəsi olub;
  • Yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınması, onların etnik və mədəni hüquqlarının məhv edilməsi siyasətinin təbliğat alətinə çevrilib;
  • Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə qarşı planlaşdırılmış terror aktlarının ideoloji simvolu kimi istifadə edilib.

Başqa sözlə, Ermənistan silahlı qüvvələri və terrorçu qrupları tərəfindən Azərbaycan xalqına məxsus mədəni irs- abidələr, məscidlər, qəbiristanlıqlar və digər tarixi-mədəni sərvətlər qəsdən məhv edildiyi halda, “Dədə-nənə” abidəsi işğal olunmuş ərazilərdə saxta erməni kimliyi yaratmaq və azərbaycanlıların regiondakı min illəri əhatə edən tarixini inkar etmək məqsədilə istifadə olunub.
Bu, BMT-nin 2347 (2017) saylı qətnaməsində vurğulanan “mədəni irsdən siyasi məqsədlərlə sui-istifadə və tarixi köklərin inkarı” anlayışının klassik nümunəsidir.

Qətnamədə deyilir:

“Mədəni irsin qeyri-qanuni şəkildə dağıdılması, mədəni əmlakın talanması və qaçaqmalçılığı, xüsusilə silahlı münaqişələr zamanı terrorçu qruplar tərəfindən, eləcə də bu kontekstdə tarixi kökləri və mədəni müxtəlifliyi inkar etməyə yönəlmiş cəhdlər münaqişəni alovlandıra və şiddətləndirə, post-münaqişə milli barışıq prosesini əngəlləyə bilər. Bu da təsirlənmiş dövlətlərin təhlükəsizliyinə, sabitliyinə, idarəçiliyinə, sosial, iqtisadi və mədəni inkişafına zərər vura bilər.”

Mən də bu düşüncədəyəm ki, həmin qətnaməyə əsasən Xankəndidəki “Dədə-baba” heykəli mütləq sökülməlidir. Fikrimi əsaslandırıram:

1. Tarixin saxtalaşdırılmasına qarşı hüquqi müdaxilə

Избранный
10
aznews.az

1Источники