RU

Üzgüçülərimizin Sinqapurda ən yaxşı nəticəsi 18-ci yer olub

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Sinqapurda keçirilən dünya çempionatında çıxışlarını başa vurublar.

İdman.biz xəbər verir ki, su idman növləri üzrə mundialda ölkəmizi iki idmançı təmsil edib.

Süleyman İsmayılzadə 400 m məsafəyə sərbəst üsulla üzgüçülükdə 4:01.33 nəticə ilə 38-ci, 1500 m məsafəyə sərbəst üsulla üzgüçülükdə isə 15:45.63 nəticə ilə 18-ci olub.

Ramil Vəlizadə 100 m məsafəyə "butterfly" üsulu ilə üzgüçülükdə 55.53 nəticə ilə 54-cü, 200 m məsafəyə "butterfly" üsulu ilə üzgüçülükdə isə 2:02.14 nəticə ilə 29-cu olub.

İdman.biz

Избранный
29
1
idman.biz

2Источники