RU

Renat Dadaşov “Asteras”a qol vurdu, komandası…

Futbol üzrə Azərbaycan milli komandasının mərkəz hücumçusu Renat Dadaşov Polşanın “Motor” komandasında növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı hücumçunun komandası bu gün çempionat çərçivəsində “Yagelloniya” ilə qarşılaşmalı olsa da, qarşılaşma təxirə salınıb.

Bu üzdən də Lyublin təmsilçisi Yunanıstanın “Asteras” komandası ilə yoxlama görüşündə qüvvəsini sınayıb. Futbolçumuzun komandası bu görüşdə 4:2 hesabı ilə qalib gəlib. Millimizin forvardı 46-cı dəqiqədə fərqlənərək, hesabı komandasının xeyrinə 2:0 edib.

Xatırladaq ki, Dadaşov “Motor”la bu yay 1+1 illik müqaviləyə imza atıb.

Renat Dadaşov ötən mövsümü Polşanın digər klubu “Radomyak”da keçirib. Amma o, mövsüm bitən kimi sözügedən klubu tərk etmişdi. Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 36 oyunda 4 qol, 1 məhsuldar ötürmə müəllifi olub.

Избранный
30
arena.az

1Источники