RU

Yəməndə miqrant qayığı batıb: Çox sayda ölən var

Yəmən sahillərində azı 20 qeyri-qanuni miqrant həyatını itirib.

“İki sahil” "Anadolu"ya istinadən xəbər verir ki, ölkənin cənubundakı Ebyen əyaləti sahillərində qeyri-qanuni miqrantları daşıyan qayıq əlverişsiz hava şəraiti səbəbindən aşıb.

Dəhşətli qəzada onlarla insanın itkin düşdüyü bildirilir. Onların taleyi hələ də məlum deyil.

Sərnişinlərin əsasən efiopiyalı qeyri-qanuni miqrantlardan ibarət olduğu bildirilir.

Избранный
40
5
ikisahil.az

7Источники