Bakıda Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub.
O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib.
Diplomatik mənbə AFP-yə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.
Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.