AZ

Suriya və İsrail nazirləri Bakıda görüşdülər

  Bakıda Suriyanın xarici işlər naziri Əsəd Həsən Əl-Şeybani ilə İsrailin strateji işlər naziri Ron Dermer arasında görüş keçirilib.

Referans xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb.

Bildirilib ki, Əsəd Həsən Əl-Şeybani iyulun 30-da Rusiyanın paytaxtı Moskvada səfərdə olub.

O, israilli nazirlə danışıqlar üçün Moskvadan Bakıya gəlib.

Diplomatik mənbə AFP-yə bildirib ki, görüşdə xüsusilə Suriyanın cənubundakı təhlükəsizlik vəziyyəti ciddi müzakirə predmeti olub.

Müxtəlif ərəb və İsrail mediası görüşün iyulun 31-də baş tutduğunu yazıb.  

Seçilən
40
10
referans.az

10Mənbələr