RU

İnsanları çaşdıran xəbərlər paylaşan sayta xəbərdarlıq edilib

Bakı. Trend:

Son dövrlər “News24.az” veb-saytında dərc olunan xəbərlərdəmütəmadi olaraq auditoriyanı aldatmaq, bilərəkdən yanlış istiqamətəyönləndirmək məqsədilə təqdim olunmuş manipulyativ başlıqlara rastgəlinməkdədir.

Trend xəbər verirki, bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafıAgentliyinin açıqlamasında bildirilib.

Bildirilib ki, qeyd olunan media subyekti ardıcıl olaraq xariciölkələrdə baş verən müxtəlif hadisələri yerli qurumların və yaməhsulların fotoları ilə təqdim edərək ictimai fikri çaşdırmağacəhd etməkdədir.

"Müvafiq veb-sayt bu gün dərc etdiyi “Çörək bahalaşdı”sərlövhəli xəbərində əslində qonşu ölkəyə aid mövzunu aldadıcı fotoilə süni şəkildə Azərbaycan reallığına proyeksiya edərəkauditoriyanı yanlış istiqamətə yönləndirmişdir. Saytın lentindərast gəlinən “Dollar kəskin bahalaşdı” başlıqlı xəbər də buqəbildəndir.

Xatırladırıq ki, cəmiyyəti dəqiq və obyektiv məlumatlarla təminetmək, yalan və saxta xəbər tirajlamamaq medianın ölkəqanunvericiliyinin tələblərindən irəli gələn vəzifələrindəndir.Oxucuları sensasiyalı və ya şişirdilmiş başlıqlar, şəkillər və yavideolarla linkə daxil olmağa təşviq etmək “Redaksiya siyasəti vəpeşə etikası qaydaları”nın kobud şəkildə pozulmasıdır.

Bir daha qeyd edirik ki, media subyektləri öz fəaliyyətlərindəölkə qanunvericiliyinin müvafiq tələblərinə və peşə etikasıqaydalarına əməl etməlidirlər. Cəmiyyəti və jurnalistləri bu kimihallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyəsəsləyirik", - deyə qeyd olunub.

Избранный
58
37
az.trend.az

10Источники