RU

Derbidə azarkeşlər arasında dava

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İspaniyada "Las Palmas" və "Tenerife" arasındakı Teyde Kuboku uğrunda görüş zamanı komandaların azarkeşləri sərt münaqişəyə giriblər. SİA xəbər verir ki, Kanar adaları derbisində 100-dək yerli azarkeş rəqib tribunaya tərəf gedərək, onlara yad əşyalar atmağa başlayıb. İnsidentin qarşısını mühafizəçilər və polislər alıblar. Onlar vəziyyəti sakitləşdirərək, daha ciddi fəsadların yaşanmasına imkan verməyiblər. Komandalar isə meydana leykemiyadan əziyyət çəkən balaca Eliasa dəstək vermək və beyin sümüyü donorluğunun vacibliyinə diqqət çəkmək məqsədilə meydana xüsusi futbolkalarda çıxıblar. Oyunun əsas vaxtı heç-heçə ilə yekunlaşıb - 1:1. Penaltilər seriyasında "Tenerife" 4:1 hesablı üstünlüklə kuboku qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
3
sia.az

4Источники