ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
Boliviyanın Potosi regionundakı açıq qızıl mədənində uçqun nəticəsində 5 nəfər həlak olub.
APA xəbər verir ki, mədən dəniz səviyyəsindən 4000 metr yüksəklidə yerləşir.
Yerli polisin məlumatına görə, mədəndə hasilat zamanı qaya uçaraq insanların üzərinə tökülüb və 5 nəfər həlak olub.
Polisin statistikasına görə, mədən qəzaları bu il Boliviyada 73 nəfərin ölümünə səbəb olub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.