AZ

Qızıl mədənində uçqun oldu - 5 nəfər öldü

Boliviyanın Potosi regionundakı açıq qızıl mədənində uçqun nəticəsində 5 nəfər həlak olub.

Avtosfer.az xəbər verir ki, mədən dəniz səviyyəsindən 4000 metr yüksəklidə yerləşir.

Yerli polisin məlumatına görə, mədəndə hasilat zamanı qaya uçaraq insanların üzərinə tökülüb və 5 nəfər həlak olub.

Polisin statistikasına görə, mədən qəzaları bu il Boliviyada 73 nəfərin ölümünə səbəb olub.

Seçilən
13
10
avtosfer.az

10Mənbələr