RU

Yığmamızın sabiq hücumçusu “susdu”, koamandası uduzdu

Almaniyanın Şimal-Şərq Regional Liqasında 2-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun da formasını geyindiyi Berlin “Dinamo”su evdə “Rot-Vays Erfurt”la qarşılaşıb.

"Dinamo" matçda 2:3 hesabı ilə uduzub.

Rüfət də bu oyunda iştirak edib. 34 yaşlı hücumçu Dadaşov start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

Hazırda "Dinamo" sıralamada 0 xalla 15-cidir.

Избранный
46
2
sportinfo.az

10Источники