Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniyanın Berlin "Dinamo"sunda uğurluy çıxışını davam etdirir.
Sportinfo.az xəbər verir ki, yay toplanışı çərçivəsində keçirilən yoldaşlıq görüşündə onun komandası "Ayntraxt Ştransdorf"a 2:0 hesabı ilə qalib gəlib.
Dadaşov görüşün 77-ci dəqiqəsində hesabı açıb, berlinlilərin inamlı qələbəsinə töhfə verib.