Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan üç avtomobil toqquşub.
Qəza nəticəsində 1974-cü il təvəllüdlü M.Zeynalova və 1994-cü il təvəllüdlü X.Zeynalov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"