AZ

Gəncədə zəncirvari yol qəzası oldu - xəsarət alanlar var

Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan üç avtomobil toqquşub.

Qəza nəticəsində 1974-cü il təvəllüdlü M.Zeynalova və 1994-cü il təvəllüdlü X.Zeynalov xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Seçilən
35
7
milli.az

8Mənbələr