Qəzza zolağında 93-ü uşaq olmaqla, azı 169 nəfər aclıqdan ölüb.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin "Telegram" kanalında məlumat paylaşılıb.
"Son 24 saat ərzində Qəzza xəstəxanalarında aclıq və qida çatışmazlığı səbəbindən 7 yeni ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.
Xatırladaq ki, iyulun 30-da HƏMAS tərəfindən aclıqdan ölənlərin sayının 154 nəfər olduğu barədə açıqlama verilmişdi.
"Cebheinfo.az"