EN

Qəzzada aclıqdan ölənlərin sayı 169-a çatıb

Qəzza zolağında 93-ü uşaq olmaqla, azı 169 nəfər aclıqdan ölüb.

"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin "Telegram" kanalında məlumat paylaşılıb.

"Son 24 saat ərzində Qəzza xəstəxanalarında aclıq və qida çatışmazlığı səbəbindən 7 yeni ölüm faktı qeydə alınıb", - məlumatda qeyd olunub.

Xatırladaq ki, iyulun 30-da HƏMAS tərəfindən aclıqdan ölənlərin sayının 154 nəfər olduğu barədə açıqlama verilmişdi.

"Cebheinfo.az" 

Chosen
74
6
cebheinfo.az

10Sources