RU

Millimizin sabiq forvardı oynadı, komandası uduzdu

Millimizin sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" (Berlin) Şimal-Şərq Regional Liqasında ardıcıl ikinci dəfə uduzub.

Sportal.az xəbər verir ki, Berlin təmsilçisi ikinci turda "Rot-Vays Erfurt"a 2:3 məğlub olub.

34 yaşlı forvard meydana start heyətində çıxıb və 82-ci dəqiqədə əvəzlənib.

"Dinamo" hazırda çempionatın turnir cədvəlində 0 xalla 15-ci pillədə qərarlaşıb.

saytlarin hazirlanmasi

Избранный
87
sportal.az

1Источники