
Kür çayının Salyan rayonundan keçən hissəsində 16 yaşlı şəxs boğulub.
Reyting.az APA-ya istinadla bildirir ki, hadisə Kür çayının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Salyan şəhər sakini, 2008-ci il təvəllüdlü Məcidov Sahil Mübariz oğlu çayda çimərkən boğulub.
Onun meyiti FHN əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.