Bakı-Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində yük maşını aşıb, sürücü xəsarət alıb.
AZƏRTAC-ın məlumatına görə, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı bordürə, daha sonra isə yoldan çıxaraq aşıb. Qəza zamanı xəsarət almış sürücü - 1994-cü il təvəllüdlü Z.Şabanlı xəstəxanaya yerləşdirilib. Hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb yük avtomobilinin təkərinin partlaması olub. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.