AZ

Tovuzda yük maşını səkiyə çırpılıb, xəsarət alan var FOTO

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza Bakı–Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını idarəetmədən çıxıb. Nəticədə, yük maşını yol kənarındakı səkiyə çırpılıb.

Qəza zamanı sürücü 1994-cü il təvəllüdlü Z.Şabanlı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qəzaya səbəb yük avtomobilinin təkərinin partlaması olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
18
apa.az

10Mənbələr