İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza Qaralar kəndi ərazisində qeydə alınıb.
“VAZ-21099” markalı minik avtomobili, “MAN” və “Ford” markalı iki yük maşını toqquşub.
Hadisə nəticəsində 3 nəfər ölüb, biri isə yaralanıb. Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.