AZ

İmişlidə ağır qəza -

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, qəza Qaralar kəndi ərazisində qeydə alınıb.

“VAZ-21099” markalı minik avtomobili, “MAN” və “Ford” markalı iki yük maşını toqquşub.

Hadisə nəticəsində 3 nəfər ölüb, biri isə yaralanıb. Xəsarət alan şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
3
metbuat.az

8Mənbələr