RU

Suriya üçün ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edə biləcək infrastrukturu bu gün tamamlayırıq - Türkiyəli nazir

Kilis. Trend:

Suriya üçün ildə 2 milyard kubmetrə qədər təbii qaz ixrac edəbiləcək infrastrukturu bu gün tamamlayırıq.

Trend-inTürkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu TürkiyəRespublikasının energetika və təbii sərvətlər naziri AlparslanBayraktar Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılışmərasimində deyib.

"Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bizə ilk göstərişolaraq Suriyada həyatın yenidən normallaşmasını təmin edəcəkaddımların dərhal atılmasını tapşırdı. Biz də Enerji və TəbiiSərvətlər Nazirliyi olaraq bu ən əsas ümumbəşəri ehtiyac – elektriktəchizatı məsələsində, xüsusilə enerji infrastrukturunda nələr edəbiləcəyimizi müzakirə etdik.

Nazirliyimizdən iki ayrı mütəxəssis heyəti çox qısa müddətərzində – birincisini dekabr ayında, çevrilişin ardınca dərhal –Şama göndərdik. Heyətlərimiz işlərini tez bir zamanda tamamladılar.Qısa, orta və uzun müddətdə nələr edə bilərik, bunlara fokuslandıqvə müəyyənləşdirdik.

Türkiyə olaraq artıq 2017-ci ildən bəri Afrin və İdlib kimibölgələrin elektrik təchizatını həyata keçiririk. Hazırda elektrikenerjisini 8 ayrı nöqtədən Suriyaya ixrac edirik. İxrac gücümüzüilk mərhələdə 25 faiz, sonrasında isə əlavə edəcəyimiz yenibağlantı xətləri ilə iki dəfədən çox artırmağı hədəfləyirik.

İşlərimizi tamamladığımızda bağlantı gücümüz 860 meqavataçatacaq və Suriyada 1,6 milyon evin elektrik ehtiyacını ödəyəbiləcəyik.

May ayının əvvəlində İstanbulda keçirilən Təbii SərvətlərZirvəsi çərçivəsində dəyərli qardaşım, cənab nazir Əl-Bəşir iləgörüşdük. Görüşümüzdə Suriyanın müharibədən sonrakı bərpa prosesiçərçivəsində elektrik və təbii qaz infrastrukturunungücləndirilməsi üçün texniki dəstək və əməkdaşlıq imkanlarınımüzakirə etdik.

Bundan əlavə, Türkiyə olaraq bölgədə sabitliyinmöhkəmləndirilməsi və Suriya xalqının əsas enerji ehtiyaclarınınqarşılanması üçün hər cür əməkdaşlığa hazır olduğumuzu ifadə etdik.Aradan bir ay belə keçmədi. May ayının sonunda biz yenidən Şamasəfər etdik.

Bu səfər çərçivəsində elektrik, təbii qaz və neft kimi əsasbaşlıqları müzakirə etdik və görüşümüzün nəticəsi olaraq enerji,mədənçilik və karbohidrogen sahələrində Türkiyə ilə Suriya arasındaanlaşma memorandumu imzaladıq. Bu razılaşma ilə ölkələrimizarasında enerji, mədənçilik və karbohidrogen sahələrindəəməkdaşlığın inkişafı üçün bir yol xəritəsi, bir çərçivərazılaşması formalaşdırdıq", - nazir bildirib.

"Bu çərçivədə Hələdəki elektrik stansiyalarının ehtiyac duyduğutəbii qazı Türkiyədən boru kəməri vasitəsilə çatdırmaq üçün vacibbir addım atdıq. Kahramanmaraşın Türkoğlu rayonundan çıxan 36 düymdiametrində və təxminən 93 kilometr uzunluğundakı boru kəməriniSuriyaya doğru davam etdiririk. Bu xətt bu gün mərasimikeçirdiyimiz Türkiyə–Suriya sərhədində, Kilisin Yavuzlu kəndindəyerləşən Yavuzlu Ölçmə Stansiyasına qədər gəlib çatıb.

BOTAŞ bu xəttin Suriyadakı hissəsinin infrastrukturununhazırlanması üçün Suriya Qaz Şirkəti – SGC ilə birlikdə çalışıb vəonlara hər cür texniki dəstəyi təqdim edib. Hörmətli qonaqlar, birazdan buradan vananı çevirərək axını başladaq və Azərbaycandangələn təbii qazı Kilis üzərindən Suriyaya ötürəcəyik. Yavuzlu ÖlçməStansiyasında gündə 6 milyon kubmetrə qədər qazın ötürülməsi təminolunacaq.

Təbii qaz Hələbə, oradan isə Homsa qədər çatdırılacaq.Beləliklə, oradakı elektrik stansiyaları da yaxın zamanda işəsalınacaq. İlk mərhələdə Suriya üçün ildə 2 milyard kubmetrə qədərtəbii qaz ixrac edə biləcək infrastrukturu bu gün etibarilətamamlamış oluruq. Bu təbii qazla təxminən 1200 meqavatlıq elektrikstansiyaları fəaliyyət göstərəcək. Bu isə Suriyada 5 milyon evinelektrik ehtiyacını ödəyəcək və bölgədə həyatın normallaşmasına çoxböyük və əhəmiyyətli töhfə verəcək.

Burada əlbəttə can Azərbaycan üçün xüsusi bir cümlə açmalıyam.Çünki kədərdə və sevincdə bir olduğumuz Azərbaycan bu layihəyə dəböyük dəstək verdi. Azərbaycan dövlətinə məxsus neft və təbii qazşirkəti (SOCAR) ilə Azərbaycandan gələn qazın Türkiyə–Suriyasərhədində çatdırılmasına dair bir “swap” (mübadilə) razılaşmasıimzalanıb.

Xatırlayacağınız kimi, mart ayında biz buna bənzər bir layihəniNaxçıvanda həyata keçirmişdik. Iğdır–Naxçıvan boru xətti iləTürkiyə üzərindən fasiləsiz təbii qaz axını Naxçıvana başlamışdı.Bu gün isə hörmətli Cabbarov ilə yeni bir layihənin açılışını “ikidövlət, bir millət” şüarı ilə birlikdə həyata keçiririk.

İnşallah, bu gündən etibarən ixracına başlayacağımızAzərbaycandan gələn təbii qazla Suriyadakı elektrik stansiyalarınıyanacaqla təmin etmiş olacağıq", - o əlavə edib.

Избранный
30
2
az.trend.az

3Источники