RU

Avstraliyada nəhəng həşərat tapılıb | VİDEO

AzVision.az xəbər verir ki, “Acrophylla alta” adlanan yeni növ həşəratın uzunluğu 40 sm-ə qədərdir və tədqiqatçıların fikrincə, təxminən 45 qram ağırlığındadır. Bu, standart bir qolf topunun çəkisi ilə müqayisə edilə bilər. İndiyədək nəhəng yer tarakanı qitənin ən ağır həşəratı hesab edilirdisə, görünür, indi o, yerini yeni qonşusuna verməli olacaq.

Nəhəng dişi həşəratı tədqiqatçılar Ross Kouplend və Anqus Emmott “Aterton” ərazisindəki meşədə tapıblar. Ağacların zirvələrində gizlənən həşəratı əldə etmək üçün alimlər uzun çubuqdan istifadə etməli olublar. Copeland dərhal nadir və ya bəlkə də naməlum bir növün aşkarlandığını anlayıb. Tapıntının unikallığını təsdiqləmək üçün tədqiqatçılar çubuqlu həşəratın yumurtalarını toplayıblar.

“Çubuqlu həşəratların çox fərqli yumurtaları var və onlar növdən növə fərqlənir. Bunun həqiqətən də yeni bir növ olduğunu sübut etməyə bu amil bizə yardım göstərəcək”, - alimlər bildiriblər.

Bununla belə, sual yaranır:niyə biz bu nəhəngləri əvvəllər görməmişik? Alimlərin fikrincə, hər şey onların yaşayış yerindən gedir:çubuqlu həşəratlar çox hündür ağaclarda yaşayır və gizli həyat tərzi keçirirlər. Digər tərəfdən, bu növün erkəkləri dişilərdən əhəmiyyətli dərəcədə kiçikdir və asanlıqla digər növlərin nümayəndələri ilə səhv salına bilər.

İndi alimlərin qarşısında yeni növün erkəyini tapmaq və onun davranışını öyrənmək vəzifəsi durur. Tədqiqatçılar kəşfin əhəmiyyətini diqqət çəkirlər:xüsusən də qitədəki həşəratların təxminən 70%-nin hələ təsvir olunmadığını nəzərə alsaq, bu, Avstraliyanın biomüxtəlifliyini daha yaxşı başa düşməyə kömək edəcək.


Sahil İsgəndərov
AzVision.az

Избранный
45
azvision.az

1Источники