Kamçatkada iyulun 30-da baş vermiş zəlzələdən sonra 160-dan çox insan müvəqqəti yaşayış mərkəzlərində qalıb.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, son 24 saat ərzində bölgədə maqnitudası 3,2-6,2 arasında olan 146 afterşok qeydə alınıb.
Seysmoloqların fikrincə, regionda seysmik aktivlik yüksək olaraq qalsa da, azalır. İyulun 30-da baş verən 8,8 bal gücündə zəlzələdən sonra baş verən yeraltı təkanların bir neçə ay davam edəcəyi proqnozlaşdırılır.