RU

Şəmkirdə 140 min tona yaxın kartof yığılıb

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəmkir rayonunda kartof sahələrindən kartof yığımı davam edir.

525.az-ın məlumatına görə, cari ilin məhsulu üçün Şəmkirdə 6615,2 hektar sahədə kartof əkilib. Son statistik məlumatlara görə, əkilmiş sahələrin 4802 hektarında məhsul yığımı artıq başa çatıb.

Fermerlər tərəfindən ümumilikdə 133,975 ton məhsul yığılıb, orta məhsuldarlıq hər hektara görə 278 sentner təşkil edib.

Yerli fermerlər bildirib ki, bu il becərdikləri kartof sahəsinin hər hektarından topladıqları məhsul nəzərdə tutduqlarından da artıqdır və məhsuldarlıq yüksək səviyyədədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
42
2
525.az

3Источники