ABŞ-ın 1 ədəd F-16 qırıcısının qiymətinə 20 ədəd “Qızılalma” pilotsuz döyüş təyyarəsi istehsal edilir.
Axar.az xəbər verir ki, bunu “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
S.Bayraqdar eyni zamanda “Qızılalma”nın kütləvi istehsalına başlanıldığını da açıqlayıb:
“Altıncı “Qızılalma” artıq istehsal xəttindədir. Gələn il Türkiyə Silahlı Qüvvələrinin inventarında olacaq”.