AZ

Rumıniya ABŞ-dən F-16 bombası almağı planlaşdırır

Rumıniya ABŞ-dan 400 GBU-39/B dəqiqliklə idarə olunan bomba almağı planlaşdırır. Satınalma 84 milyon avro dəyərindədir.

Bakues.az xəbər verir ki, defenceromania.ro məlumat yayıb.

Məqalədə qeyd olunur ki, bu silahlar Konstansa əyalətindəki Mixail Koqalniçeanu aviabazasında yerləşən F 16 Fighting Falcon qırıcılarının təchiz edilməsi üçün istifadə olunacaq. Məlumdur ki, “Boeing” artıq bu alışın təsdiqlənməsi üçün ABŞ Konqresinə sorğu göndərib.

Portal qeyd edir ki, bombanın çəkisi 129 kq, partlayıcı yük 16 kq, uzunluğu 1,8 metr, dəqiqliyi isə bir metrdir. Müşahidəçilərin fikrincə, bu satınalma vacibdir, lakin 400 bomba yalnız bir neçə günlük gərgin qarşıdurma üçün kifayətdir. Onlar hesab edirlər ki, söhbət sövdələşmənin yalnız birinci mərhələsindən gedir.

Bir gün əvvəl Rumıniya həmçinin 186 ədəd AIM-120 AMRAAM orta mənzilli hava-hava raketi və 299 ədəd AIM-9X SIDEWINDER qısa mənzilli hava-hava raketi alıb ki, onlar da F-16 qırıcılarında istifadə üçün nəzərdə tutulub.

Seçilən
26
50
icma.az

10Mənbələr