GƏNCƏ, 2 avqust. TELEQRAF
Gəncə şəhərində 40 yaşlı şəxsin meyiti tapılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, şəhərin Eminbəyli küçəsində 1985 - ci il təvəllüdlü İlham İmanovun meyiti aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.