RU

İş adamı üçqat olimpiya çempionundan pulunu istəyir: Qızını öyrədə bilməyib

İsrail əsilli macar iş adamı Ari Yom-Tov atçılıq üzrə üçqat Olimpiya çempionu Anki van Qrunsvendən “Anky Holdinq”ə yatırdığı 850 min avronu qaytarmağı tələb edib.

Publika.az xəbər verir ki, o, qızının niderlandlının rəhbərliyi altında irəliləyişindən narazıdır.

Bu barədə “Ad.nl” yazıb. Onun qızı Anki ilə 5 il məşq edib. Macarıstanlı biznesmen Niderland yığmasının baş məşqçisi, 75 yaşlı Şeff Yanssenin rəhbərliyi altında keçirilən məşğələlərin keyfiyyətsiz olduğunu iddia etməklə yanaşı, Yanssenin qızına cinsi zorakılıq göstərdiyini də iddia etdi.

Məhkəmə bu iddiaların heç birinə tutarlı sübut tapmayıb. Seksual qısnama ittihamı artıq Macarıstan məhkəməsi tərəfindən rədd edilib. İclasda Van Qrunsven və Janssenin vəkili ittihamın yalnız təzyiq göstərmək üçün irəli sürüldüyünü iddia ediblər.

Избранный
75
2
publika.az

10Источники