RU

Minik avtomobili motosikletlə toqquşdu - üç nəfər yaralandı

MİNGƏÇEVİR, 2 avqust. TELEQRAF

Mingəçevirdə minik avtomobili motosikletlə toqquşub.

Teleqraf-ın Mərkəzi Aran Bürosu xəbər verir ki, hadisə az öncə Təbriz və Naxçıvan küçələrinin kəsişməsində yerləşən körpünün yaxınlığında baş verib.

"Vaz 2109" markalı maşınla motosikletin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər yaralı kişi xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb.

Избранный
5
1
teleqraf.com

2Источники