MİNGƏÇEVİR, 2 avqust. TELEQRAF
Mingəçevirdə minik avtomobili motosikletlə toqquşub.
Teleqraf-ın Mərkəzi Aran Bürosu xəbər verir ki, hadisə az öncə Təbriz və Naxçıvan küçələrinin kəsişməsində yerləşən körpünün yaxınlığında baş verib.
"Vaz 2109" markalı maşınla motosikletin toqquşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 3 nəfər yaralı kişi xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.