Avqustun 1-i axşam saatlarında Mingəçevir şəhəri ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb...
APA-nın yerli müxbirinin əldə etdiyi məlumata görə “Opel” markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.
Poliqon.info