Mingəçevirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, hadisə Mingəçevir şəhəri ərazisində baş verib.
Belə ki, hərəkətdə olan “Opel” markalı avtomobil qəfil yolun hərəkət hissəsinə çıxan təxminən 65-70 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma aparılır.