RU

Maşının təkərinin partlaması qəzaya səbəb oldu: Ölən və yaralılar var - VİDEO

Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, qəza yolun 157-ci kilometrliyində qeydə alınıb.

Lənkəran rayonundan Bakı şəhəri istiqamətində hərəkətdə olan minik avtomobilinin təkərinin qəfil partlaması qəzaya səbəb olub.

Hadisə nəticəsində 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media

Избранный
31
4
bizim.media

5Источники