RU

Tramp: Rusiya - Ukrayna münaqişəsi Baydenin müharibəsidir

Vaşinqton, 1 avqust , AZƏRTAC

“Rusiya - Ukrayna müharibəsi Baydenin müharibəsidir”. AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri həlak olub və Rusiya ilin əvvəlindən 112 min 500 əsgərini itirib.

“Bu çox yersiz ölümdür. Ukrayna da çox əziyyət çəkdi. Onlar 2025-ci il yanvarın 1-dən bəri təxminən 8 min əsgər itiriblər və rəqəmlərə itkin düşənlər daxil deyil. Müharibə heç zaman baş verməməli idi. Bu, Trampın deyil, Baydenin müharibəsidir. Mən sadəcə bunu dayandırmaq üçün buradayam”,- deyə ABŞ Prezidenti əlavə edib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Избранный
29
4
azertag.az

5Источники