AZ

Tramp: Rusiya - Ukrayna münaqişəsi Baydenin müharibəsidir

“Rusiya - Ukrayna müharibəsi Baydenin müharibəsidir”.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. O bildirib ki, bu ay Ukrayna ilə müharibədə 20 minə yaxın rus əsgəri həlak olub və Rusiya ilin əvvəlindən 112 min 500 əsgərini itirib.

“Bu çox yersiz ölümdür. Ukrayna da çox əziyyət çəkdi. Onlar 2025-ci il yanvarın 1-dən bəri təxminən 8 min əsgər itiriblər və rəqəmlərə itkin düşənlər daxil deyil. Müharibə heç zaman baş verməməli idi. Bu, Trampın deyil, Baydenin müharibəsidir. Mən sadəcə bunu dayandırmaq üçün buradayam”,- deyə ABŞ Prezidenti əlavə edib.

Seçilən
15
4
sia.az

5Mənbələr