BAKI, 1 avqust. TELEQRAF
Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsindəki obyektdə baş verən yanğın söndürülüb.
Teleqraf xəbər verir ki, məlumatı FHN Mətbuat xidməti yayıb.
Əvvəlcə hadisə yerində əməliyyat şəraiti qiymətləndirilməsi aparılıb, yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə,içərisində təmirə dayanmış “RAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyat hissələri yanıb.
Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.