AZ

Bakıda obyektdə yanğın söndürülüb (YENİLƏNİB)

Bakı. Trend:

Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Səməd bəyMehmandarov küçəsində obyektdə yanğın olması barədə FövqəladəHallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olubvə dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələricəlb olunub.

Trend xəbər verir ki,bununlar bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətiməlumat yayıb.

Bildirilib ki, hadisə yerində əməliyyat şəraitiqiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m²olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskininyüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermişyanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkanverilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanarkonstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LANDROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m²olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyathissələri yanıb.

Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizəolunub.

XXX

18:03

Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsindəobyektdə yanğın olub.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətininyanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
36
5
az.trend.az

10Mənbələr