RU

Şeydayev qol vurdu, "Neftçi" Kipr klubu ilə bərabərə qaldı

“Neftçi” bu gün Polşa təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “ağ-qaralar” Kiprin AEL klubu ilə qarşılaşıblar.

Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Matç Byalobjeqdə yerləşən “Mieyski” stadionunda təşkil olunub.

Bakı klubunun heyətində qolları Bassalu Sambu və Ramil Şeydayev vurub.

Bundan əvvəl “Hapoel Təl-Əviv” (1:1) və “Termalitsa Nyeçetşa” (2:2) ilə qarşılaşan “Neftçi”nin “Asteras Tripolis” ilə görüşü güclü leysan səbəbindən ləğv olunmuşdu.

Избранный
38
49
sportinfo.az

10Источники