ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Növbəti mövsümün hazırlığına başlayan I Liqa klubu "Cəbrayıl" yoxlama oyunu keçirəcək.
Fanat.Az-ın məlumatına görə, Bəxtiyar Soltanovun yeni baş məşqçi təyin olunduğu bölgə təmsilçisi "Qarabağ"ın əvəzedici komandası ilə gücünü sınayacaq.Bu gün Binə qəsəbə stadionunda baş tutacaq matç saat17:30-da start götürəcək.
Qeyd edək ki, "Cəbrayıl" Bəxtiyar Soltanovla 1 illik müqavilə imzalayıb. 36 yaşlı mütəxəssis bu postda ötən ilin noyabrından baş məşqçi vəzifəsini icra edən Əli Muradovu əvəzləyib. Vaxtilə "Qarabağ"ın əsas komandasında top qovan Bəxtiyar Soltanov 2024/25 mövsümünü "Şəfa"nın heyətində keçirib.
Mirağa
Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.