RU

Fərhad Hacıyev: “Yüksəliş” müsabiqəsi iştirakçıların potensialının üzə çıxarılmasına yönəlib

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 1 avqust, AZƏRTAC

“Yüksəliş” müsabiqəsində iştirakçıların sayı 39 min 536 nəfər, qaliblərin sayı 116 nəfər, finalçılar isə 579 nəfər olub.

AZƏRTAC xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev Kənd Təsərrüfatı Nazirliyi və “Yüksəliş” İctimai Birliyi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Üfüq” Karyera İnkişaf Proqramı üzrə müsabiqənin qalibləri ilə görüş və mükafatlandırma mərasimində deyib.

“Yüksəliş” müsabiqəsinin təşkil edildiyi gündən indiyə qədər formalaşdırılmış kadr bankında təxminən 3109 nəfərin məlumatları yer alır. Bu tədbirlər insanların inkişafına, onların potensialının üzə çıxarılmasına yönəlib”, - deyə Fərhad Hacıyev bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
39
1
azertag.az

2Источники