RU

Qavi: “Ter Ştegen “Barselona”nın əfsanəsidir”

“Barselona”nın futbolçusu Qavi komandanın qapıçısı Mark-Andre ter Ştegenin kapitanlıq sarğısından məhrum edilə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Msport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi almaniyalı komanda yoldaşı barədə bunları deyib:

“Mark komandanın birinci kapitanıdır. O, çox ağır zədədən çıxır. Mark klubun əfsanəsidir və onun kim olduğu üçün ona hörmət etməliyik. Zədədən qayıtdıqdan sonra hər şey məşqçinin qərarından asılı olacaq. Amma bir şey aydındır ki, o, klubun əfsanəsidir və hörmətə layiqdir”.

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı “Barselona”nın artıq ter Ştegenin xidmətlərinə ciddi şəkildə ümid etmədiyini yazmışdı.

Избранный
27
3
msport.az

4Источники