"Barselona"nın futbolçusu Qavi komandanın qapıçısı Mark-Andre ter Ştegenin kapitanlıq sarğısından məhrum edilə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Yenisabah.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi deyib:
"Mark komandanın birinci kapitanıdır. O, çox ağır zədədən çıxır. Mark klubun əfsanəsidir və onun kim olduğu üçün ona hörmət etməliyik. Zədədən qayıtdıqdan sonra hər şey məşqçinin qərarından asılı olacaq. Amma bir şey aydındır ki, o, klubun əfsanəsidir və hörmətə layiqdir". Dördpendirli pizza
Telegram kanalımız