RU

Bu ölkədən göndərilən ətirli bitki ZƏHƏRLİ ÇIXDI

Avropa İttifaqının qida təhlükəsizliyi nəzarət sistemi çərçivəsində Türkiyə mənşəli daha bir kənd təsərrüfatı məhsulu geri qaytarılıb. Portuqaliyaya ixrac edilən qurudulmuş kəklikotu, tərkibində təhlükəli səviyyədə pirolizidin alkaloidi aşkarlanması səbəbilə Avropa Komissiyasının RASFF sistemində “potensial olaraq ciddi risk” kateqoriyası ilə siyahıya salınıb və sərhəddə saxlanılaraq geri göndərilib.

News24.az xəbər verir ki, RASFF (Qida və Yemlər Üçün Sürətli Xəbərdarlıq Sistemi) qeydiyyatına əsasən, 30 iyul 2025-ci il tarixində Portuqaliya tərəfindən bildirimi edilən pozuntu nəticəsində Türkiyə çıxışlı məhsulun tərkibində yüksək dozada pirolizidin alkaloidi tapılıb. Bu maddə bəzi bitkilərdə təbii şəkildə mövcud olub, uzunmüddətli qəbul zamanı qaraciyərə ciddi zərər vurması ilə tanınır.

Türkiyənin son dövrlərdə Avropa İttifaqına göndərdiyi kənd təsərrüfatı məhsulları tez-tez yüksək pestisid qalıqları, aflatoksin və digər zərərli maddələr səbəbilə geri qaytarılır. Bu hal həm məhsul keyfiyyəti, həm də insan sağlamlığı baxımından ciddi narahatlıq doğurur.

Xeyrənsə Piriyeva

Избранный
74
1
news24.az

2Источники