RU

Türkiyəyə gedən turistlərin sayı azalıb

2025-ci ilin iyun ayında Türkiyəyə gələn xarici ziyarətçilərin sayı illik müqayisədə 1,5% azalaraq 5,77 milyon nəfərə çatıb ki, bu da ardıcıl ikinci aylıq azalma deməkdir.

Bakues.az “The Trading Economics”ə istinadən xəbər verir ki, Bolqarıstan, Böyük Britaniya və Polşadan Türkiyəyə gələnlərin sayında nəzərəçarpacaq azalma qeydə alınıb.

Rusiya və Almaniyadan gələnlərin sayı isə müvafiq olaraq 1,8% və 11,1% artıb.

Ümumilikdə turistlərin 38,6%-i Antalyaya, 28,3%-i İstanbula, və (9,3% isə Muğlaya səyahət edib.

İlin birinci yarısında xarici ölkəyə gələnlərin ümumi sayı əvvəlki illə müqayisədə 1,1% azalaraq 21,40 milyon nəfər olub.

Asim

Избранный
40
icma.az

1Источники