RU

“Omoniya” zəif komanda deyil" - Patrik Andrade

“Yaxşı, maraqlı oyun alındı. Bizim üçün xüsusilə birinci hissə çox uğurlu keçdi".

"Football-plus.az" xəbər verir ki, bunu Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Aris”i (2:2) mübarizədən kənarlaşdıran “Araz-Naxçıvan”ın legioneri Patrik Andrade klubun mətbuat xidmətinə qarşılaşma ilə bağlı danışarkən deyib. O, azarkeşlərin təzyiqinə rəğmən, ardıcıl 2 qol vurduqlarını və fasiləyə qədər bu üstünlüyü qoruduqlarını vurğulayıb:
"Xarakter göstərdik, Azərbaycan adına, komandamız adına uğur qazandıq. Düzdü, yekunda meydandan heç-heçə ilə ayrıldıq. Ancaq biz lazım olan nəticəni təmin etdik".

Futbolçu qarşılaşmadakı qırmızı vərəqə epizoduna da münasibət bildirib:
"İqor komandamız üçün vacib oyunçudu. Əlbəttə, belə futbolçunun meydanda olmaması, üstəlik azlıqda qalmağımız hiss olunmalı idi. Artıq hər şey arxada qaldı və bu epizoda görə çox düşünmək lazım deyil. Hamımız xoşbəxtik, sevinirik, çünki bizə bu xoşbəxtliyi yaşadan nəticəni qazanmışıq. İndi yaxşı dincəlmək, bərpa olunmaq lazımdı".

Andrade növbəti mərhələrdə üz-üzə gələcəkləri rəqib komanda ilə bağlı da fikirlərini açıqlayıb:
"Rəqibimiz “Omoniya” zəif komanda deyil. Onlara qarşı oynamışam. Əlbəttə, məşqçilərimiz bu rəqibi də analiz edib bizə lazım olan məlumatı verəcəklər. İndi isə “Aris”lə oyunda qazanılan uğurun sevincini yaşamaq lazımdı”.
Избранный
52
20
football-plus.az

10Источники